YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaralı hərbçilərimiz ziyarət olunub

Sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən yaralanan Ağstafa rayonundan olan hərbiçilər –rayonunun Xətai kənd sakini Əsgərov Qara Yaşar oğlu, Xılxına kənd sakini Rəhimov Ülvi Elşən oğlu, Dağ Kəsəmən kənd sakini Əsgərov Fərid Mehman oğlu və şəhər sakini Tanrıverdiyev Kənan Süleyman oğlu müalicə aldıqları Mərkəzi Hərbi Klinik Hospitalda ziyarət olunublar.

Görüşdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Hüquq şöbəsi”nin müdiri Qaib Hadıyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü Puşkin Əhmədov iştirak ediblər.

Görüş zamanı Azərbaycan ordusunu şanlı qələbəyə aparan zəfər yolundan, döyüşdə qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarından, torpaqlarımız azad olunduqca yaşanılan sevinc hisslərindən danışılıb.

Daha sonra yaralı hərbiçilərimizin problemləri və onları narahat edən məsələlər dinlənilib.

Sonda yaralı hərbiçilərimiz dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.