YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələrinə diqqət və qayğı göstərilir

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 14 nömrəli ərazi partiya təşkilatının üzvləri, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin kollektivi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon komitəsinin sədri Tural Məhərrəmov şəhid mayor Səyavuş Kəlbaliyevin və şəhid leytenant Nurlan Həsənovun ailəsini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, keçdikləri döyüş yolundan bəhs olunub. Ərazi partiya təşkilatının sədri Anar Əlizadə 44 günlük Vətən müharibəsində yüzlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.

Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.