YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: ŞƏT -nın sammiti diplomatik əhəmiyyəti ilə yadda qaldı

“Bu gün Azərbaycan dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Ölkəmiz üzv olduğu təşkilatlar daxilində fəal və nümunəvi fəaliyyəti ilə seçilir, sülhsevər və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edir. Dəfələrlə dünyamiqyaslı təşkilatlar tərəfindən Azərbaycanın nümunəvi üzv dövlət olması xüsusi qeyd edilib və səmərəli fəaliyyətinə görə ölkəmizə, Prezident İlham Əliyevə təşəkkürlər ünvanlanıb.

Sentyabrın 16-da Prezident İlham Əliyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etdi. Ölkəmizin samitdə iştirakı, Azərbaycanın dünya-miqyaslı nüfuzunun və Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uğurlu xarici siyasətin göstəricisidir. Samitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasına verdiyi böyük töhfələrdən bəhs edərək, respublikamızda nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən işlər haqqında məlumat verdi. Sonra Prezident İlham Əliyev Samit iştirakçılarına Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verərək dəhlizin Asiya ilə Avropanı birləşdirən mühüm beynəlxalq nəqliyyat arteriyasının bir hissəsi olduğunu bildiridi. Eyni zamanda Zəngəzur dəhlizinin Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsinin bütün iştirakçılarının tranzit və yükdaşıma imkanlarının artmasına, həmin ölkə xalqlarının rifah halının daha da yüksəlməsinə böyük töhfə verəcəyini qeyd etdi”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti  nəqliyyat-loqistik əhəmiyyəti ilə yanaşı diplomatik əhəmiyyəti ilə də yadda qaldı. Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin sülhsevər təşəbbüslərindən və Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan danışaraq  Ermənistanı ifşa etdi və növbəti dəfə diplomatik fiaskoya uğratdı:                                     

“Ümumi olaraq Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti Azərbaycanın dünyadakı yüksək mövqeyinin və gücünün göstəricisi olmaqla yanaşı postmüharibə dövründə  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və iqtisadi, ticari-nəqliyyat sahələrinin inkşafı baxımından mühüm rol oynayacaq.”