YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur!

Biləsuvar rayonunun Zəhmətabad kəndində İkinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Orxan Mehman oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəis müavini Vasif Rzayev Zəhmətabad kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yolundan, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmağından bəhs ediblər.

Tədbir iştirakçıları şəhid atasına başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlıqlarını bildirib, ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan şəhid Orxan Mirzəyev 2020-ci il noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Orxan Mirzəyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.