YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yolunuz açıq olmasın!

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Yüz illərlə mübarizənin - mücadilənin nəticəsində Tarixi Zəfər qazanmışıq. Bu gün də müqəddəs torpaqlarımız uğrunda vuruşuruq, ana dediyimiz Vətənimizin bütövlüyü uğrunda savaşırıq, yağı düşmənin çirkin tapdağı altında qalan tarixi ərazilərimizi bərpa edirik. Bu bizim millət olaraq, dövlət olaraq tam təbii haqqımızdır. Düz edirik! Son nəfəsimizə qədər mübarizə aparıb ata babalarımızdan bizə əmanət olan qədim Vətən torpaqlarımızı düşməndən təmizləyib, ərazi bütövlüyümüzü bərpa edib, tarixi ədaləti bərqərar etmək üçün vuruşuruq. Düz edirik! Biz kiminsə ərazisinə, göz dikməmişik. Biz kiminsə ərazisində müharibə aparmırıq. Xaincəsinə ərazilərimizi zəbt etmiş işgalçı qoşunları qovuruq torpaqlarımızdan. Azərbaycanın bir qarışında belə düşmən ləpiri qalmamalıdır! Bu gün ən əlverişli məqamdır. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə son çıxışlarında bildirib ki, “biz bu gün elə “sülh müqaviləsi” imzalaya bilmərik ki, bunun nəticəsində 6 ildən sonra yeni müharibə olsun. Biz bir sənəd imzalamaq istəyirik ki, bunun nəticəsində çoxları bizi qınayacaq, çoxları söyəcək, çoxları bizə “satqın” deyəcək, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər. Nəticədə, 29,8 min kvadrat kilometr əraziyə malik Ermənistan Respublikası davamlı sülh və təhlükəsizlik əldə edərsə, biz daha da məmnun olacağıq”. Faktiki olaraq, bu Ermənistanın 30 ildən bəri yürütdüyü işğalçılıq siyasətindən, əslində isə yüz ildən artıq tarixi olan Miatsum ideyasından, yəni Qarabağın, Kələbəcər və Laçının Ermənistana birləşməsi ideyasından imtina etməyə məcbur qaldığının göstəricisidir. Çünki Azərbaycan, BMT və ümumiyyətlə dünya Ermənistanı məhz 29.8 min kvadrat kilomter ərazidə tanıyır. Ermənistanı buna məcbur edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuzun və qəhrəman əsgərlərimizin 44-günlük Vətən müharibəsi, sonrakı anti-terror və qisas əməliyyatları, xüsusən də son günlər həyata keçirilmiş sərt cəzalandırma tədbirləri zamanı göstərdikləri misilsiz fədakarlıq, vətənpərvərlik və şücaətdir. Təəsüf ki, Azərbaycan düşmənlə və onun havadarlarıyla mübarizə apararkən bizdən olanların bəziləri öz statusları və mövqeləri ilə düşmən dəyirmanına su tökürlər. Belələrinə anlatmalıyıq ki, düşmənlə bugünkü mübarizəmiz dövlətimizin və xalqımızın təhlükəsizliyinin və rifahının artırılması üçündür. Azərbaycan Ordusu son qəhrəmanlığı ilə şəhidlərimizin qanı yerdə qoymadı və bundan sonra da qoymayacaq. Bu gün güclü Azərbaycan var! Rəşadətli Azərbaycan Ordusu var! Qətiyyətli, iradəli, Müzəffər Ali Baş Komandan var! Bizə bu qədər tarixi qələbənin qarşısında dayan deyən adlarını belə çəkmək istəmədiyim daxildəki satqınlara bir sözüm var: Kəlbəcərdə, Laçında və hələ də düşmən nəfəsi dəyən ata yurdlarımızdan düşmənin işğalçı birləşmələrin qovandan sonra dayanarıq! Sizinsə - Vətən xainləri son dayanacağınız Azərbaycan əleyhinə təlimatlar aldığınız himəyədarlarınızın yanıdır. Gedə bilərsiniz. Yolunuz açıq olmasın!

DİGƏR Xəbərlər Arxiv