YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənidən artıq erməni olmaq… - VİDEO

Azərbaycan Ordusu Ermənistanın hərbi birləşmələrinin genişmiqyaslı təxribatlarının qarşısını layiqincə aldı, onlara ağır və şiddətli zərbə endirdi. Qisas qiyamətə, şəhidlərimizin qanı isə yerdə qalmadı.

Bu günlərdə Azərbaycan xalqı yenidən milli birlik – sarsılmaz həmrəylik nümayiş etdirir, qüdrətli dövlətinin, qalib Ordusunun yanında olduğunu bəyan edir. Amma təxribatçılara dəstək verərək ermənidən artıq ermənilik edənlər də var.

Əli Kərimli, Tofiq Yaqublu, Altay Göyüşov, Gültəkin Hacıbəyli, Tural Sadıqlı, Məhəmməd Mirzəli və digərləri...

Ermənistanın təcavüzkar əməllərinə sosial şəbəkələrdə haqq qazandırmağa çalışır, açıq-aşkar Azərbaycanı ittiham edirlər...

Bütün bunlar ilk və son deyil. Unutmamışıq, Azərbaycanın qələbəsinin siyasi-hüquqi təsdiqi, Ermənistan üçün isə kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli Bəyanat imzalandıqdan dərhal sonra həmin ünsürlər virtual meydana atılmışdılar. Ermənistanı müdafiə etmək məqsədilə üçtərəfli Bəyanatın bu ölkə üçün guya kapitulyasiya olmadığını “əsaslandırmağa” çalışırdılar. Hətta siyasi psixologiyası pozuq, bitmiş-tükənmiş, yararsız fiqur təsiri bağışlayan belələri sırasında sənədin Azərbaycan üçün heç bir əhəmiyyətə malik olmadığını deyənlər də var idi. Bu gün də danışırlar, nə isə deyirlər... Dedikləri məlumdur. Elə etdikləri də bəllidir: ermənidən artıq ermənilik. Bəli, ermənidən artıq ermənilik edirlər.

DİGƏR Xəbərlər Arxiv