YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti: Haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik

Əvvəllər də olduğu kimi, bundan sonra da haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümü münasibətilə rəsmi tviter hesabında etdiyi paylaşımda bildirib.

Paylaşımda deyilir: “Dostumuz, qardaşımız, ayrılmaz Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edirəm. Əvvəllər olduğu kimi, bundan sonra da haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanlarında olmaqda davam edəcəyik”.

DİGƏR Xəbərlər Arxiv