YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Si Cinpin: Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycanla Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.

Bunu Özbəkistanın Səmərqənd şəhərində Prezident İlham Əliyevlə keçirilən görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran Si Cinpin bildirib: “Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”.

DİGƏR Xəbərlər Arxiv