YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaşlıq zirvəsi

Türk Ağsaqqalları Birliyinin təşkilatçılığı ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan qurtarmasının 104-cü il münasibətilə Şəhidlər Xiyabanı və Türk şəhidliyi abidəsi ziyarət olunub.

Ziyarətdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən iştirak və çıxış edib.

Tədbirdə Milli Məclisin deputatı Ramil Həsən 12-sentyabr gecə və 13- sentyabr səhər saatlarında ermənistanın təxribatçı hücumu nəticəsində həyatlarını itirmiş 50 igid Azərbaycan Şəhidini dərin hörmət və ehtiram hissi ilə yad edildiyini qeyd edib. Ramil Həsən Azərbaycan və Türkiyə dostluğu və qardaşlığı 104 il bundan öncə necə idisə bu gündə o, dostluq və  qardaşlığın Şuşa Bəyannaməsində taclandırılaraq, şəhidlərimizin qanı hopmuş olduğu torpağımızı göz bəbəyi kimi qorumaqla davam etdiyini vurğulayıb. Deputat Ramil Həsən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tarixi Şuşa Bəyannaməsinin imzalanma mərasimində vurğulamış olduğu "Bu gün ki, bu tarixi sənəd, bu tarixi bəyannamə, bu imzalar 100 il bundan öncə əcdadlarımızın başlatmış olduğu yolun davamı və gələcək nəsillərə yol xəritəsidir" deyə ifadə etmiş olduğu tarixi kəlamı xatırladıb. Prezident İlham Əliyevin və Türkiyənin Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın liderliyində bu gün sürətlə irəliləyən və güclənən Azərbaycan-Türkiyə müttəfiqliyi məhz elə Nuru Paşanın komutalığındakı qəhrəman Türk əsgərlərinin Bakını işğaldan azad etməklə bağlı canlarını fəda etmiş igid Türk oğullarının bu torpaqlarda xüsusilə bir daha yad edilməsinin önəmini və əhəmiyyətini vurğulayıb. 44 günlük Qarabağ zəfər savaşında Azərbaycan ordusunun qazanmış olduğu nailiyyətləri və ordumuz tərəfindən Vətən torpağımızı düşmən tapdağından azad etmək uğrunda həyata keçirilmiş olduğu misilsiz şücaətləri qəhrəmanlıq dastanı olaraq tərənnüm edib. Azərbaycan öz torpaqlarını liderimiz Ali Baş Komandan İlham Əliyev sərkərdəli ilə iki yüz ildən sonra işğaldan azad edən dövlət olaraq tarixə qızıl hərflər yazıldığını vurğulayıb. Millət vəkili Ramil Həsən çıxışında bir daha Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında qəlbi Vətəni, torpağı və ölkəsi ilə döyünən Vətəninin birlik və bərabərliyi, eyni zamanda bütöv Azərbaycanın daha da güclü və qüdrətli olmasını istəyən hər bir şəxsi sıx birləşməyə çağırıb. Həmrəylik və dəmir yumruğun məhz liderimiz İlham Əliyevin başçılığı altında daim var olduğunu bir daha ifadə edib.

DİGƏR Xəbərlər Arxiv