YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Layiqli cavablarını xalqdan alırlar

Aydın Hüseynov

Milli Məclisin deputatı

Məlum olduğu kimi, avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə sayca dördüncü görüşləri keçirildi. Lakin hər zaman olduğu kimi, bu dəfə də erməni xisləti özünü göstərdi və sentyabrın 12-dən 13-ə keçən gecə  Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən  genişmiqyaslı təxribat  da bu faktı sübut etdi. Gecə saatlarından başlayan təxribatlar Ermənistanın ardıcıl xarakter  daşıyan avantüraları və eyni zamanda revanşizmlərinin nəticəsidir. Fakt budur ki, işğalçı dövlət açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirdi.

Digər tərəfdən, Nikol Paşinyan Brüssel görüşündə sülh müqaviləsinin imzalanması məqsədilə  iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasını dəstəklədiyini bildirsə də  sentyabrın 8-də Vladivostokun erməni icmasının nümayəndələri ilə görüşündə Brüsseldə guya ən mühüm məsələlərlə bağlı ortaq mövqe müəyyənləşdirməyin mümkün olmadığını bəyan etdi və artıq onda da məlum oldu ki, erməni tərəfi öz kirli niyyətindən əl çəkmək fikrində deyil və olmayıb.  Paşinyan axmaq bəyanatları ilə faktiki olaraq baş verəcək təxribatın da anonsunu vermişdi və gözlənilən də baş verdi. Belə ki, Ermənistan tərəfi 10 gün ardıcıl olaraq atəşkəs mühitini pozması ilə də həmin addımlarını isbatladı. Lakin bütün bunlara rəğmən, Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla – cəmi 7 saat ərzində üzərinə düşən bütün vəzifələrini layiqincə yerinə yetirdi, düşmənin cavabı artıqlaması ilə verildi.

Digər tərəfdən, Şanlı Silahlı Qüvvələrimizin  Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədinin də olmadığı hər kəsə gün kimi aydındır. Ancaq buna baxmayaraq, sülh sazişindən imtina edən və işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu gizlətməyən Ermənistan sakit dayanmadı və müqabilində sarsıdıcı zərbələr altında əzildi.

Bu gün özünə hörmət edən və şəxsiyyət kimi formalaşan hər bir azərbaycanlı dərk edir ki, Vətənə, dövlətə və xalqa xəyanət etmək heç vaxt və əsla kimlərədə başucalığı gətirə bilməz, əksinə belələri xalqın hiddəti ilə qarşılaşa bilərlər.

Eyni zamanda, Sentyabrın 13-də Azərbaycan  Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistan–Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirdi. Müşavirədə qeyd olundu ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycanın Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir.

Bütün bunlar öz yerində. Lakin mövzunun digər tərəfi də var və bu məqam Azərbaycanın sağlam düşüncəli ictimai rəyində kəskin hiddət və təəssüf hissləri doğurmaqdadır. Həmin məqam isə  Vətən və dövlət maraqlarını düşmənlərə satan antimilli, erməni havadarlarına çevrilmiş xain ünsürlərin siyasi oyunbazlıqlarıdır. Bu gün özünə hörmət edən və şəxsiyyət kimi formalaşan hər bir azərbaycanlı dərk edir ki, Vətənə, dövlətə və xalqa xəyanət etmək heç vaxt və əsla kimlərədə başucalığı gətirə bilməz, əksinə belələri xalqın hiddəti ilə qarşılaşa bilərlər. Belə ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətənsevər bizlərə tarixi Zəfəri yaşadan,  ərazi bütövlüyümüzün, suverenliyimizin qorunması üçün “uf” demədən canlarından keçərək ali məqama - şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyir. Çünki şanlı Zəfər tariximizi yazan və onu qoruyan, mühafizə edən qəhrəmanlarımızın həyat yolu yeniyetmə və gənclərimiz üçün bir vətənpərvərlik mücəssəməsidir.

Bu gün dünya Azərbaycan xalqının Vətən, torpaq sevgisindən, mübarizliyindən, əzm və qətiyyətindən danışdığı halda bu kimi ünsürlərin ölkəmizin  qalibiyyət nüfuzuna qəsdən, bilərəkdən zərbə endirmək cəhdləri bağışlanılmazdır!

Və bu gün mənfur düşmənə “dayı”, “əmi” deməkdən çəkinməyən həmin ünsürlər yenidən ortaya çıxaraq ermənilərin törətdikləri təxribatları Azərbaycanın ayağına yazmağa çalışmaqla ölkəmizi  “təcavüzkar” qismində təqdim etməyə cəhd göstərirlər. Çünki onlara – xainlər yığnağına bu tapşırıq məlum Qərb dairələri, erməni himayədarları, erməni lobbisi ilə eyni masa bölüşən xarici təşkilatlar tərəfindən verilib, özü də elə-belə deyil, yüksək ödəniş qarşılığında...

Belə olan halda isə ilk ağıla gələn isə budur: Bu gün dünya Azərbaycan xalqının Vətən, torpaq sevgisindən, mübarizliyindən, əzm və qətiyyətindən danışdığı halda bu kimi ünsürlərin ölkəmizin  qalibiyyət nüfuzuna qəsdən, bilərəkdən zərbə endirmək cəhdləri bağışlanılmazdır!

Təəssüf ki, böyük xalqımız  dövlət maraqlarını şəxsi ambisiyalarının arxasında saxlayan, ermənilərlə və ermənipərəst dairələrlə işbirliyində olan bu ünsürlərin  Vətənə, xalqa xəyanətinin daim şahidi olur.

Əli Kərimli, Gütəkin Hacıbəyli, Qubad İbadoğlu, Qənimət Zahid, Altay Göyüşov, Məhəmməd Mirzəli, Tural Sadıqlı və başqaları açıq-aşkar düşmən qüvvələrin əlində silah obrazını oynayırlar. Həmin mənfurlar Azərbaycanı dünyaya “təcavüzkar” kimi təqdim edərkən, dövlətin siyasətinə kölgə salmağa çalışır, erməni ağalarına dəstək missiyasını yerinə yetirirlər. Azərbaycanın istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində üstünlüyündən geniş bəhs edən millət vəkili onu da əlavə edib ki, hazırkı dövrdə, informasiya cəbhəsində mübarizənin dərinləşdirildiyi bir zamanda “sapı özümüzdən olan baltalar”ın  sosial şəbəkələrdə apardıqları əsassız, qərəzli təbliğatların arxasında dayanan maraqlar xalqa çox yaxşı bəllidir. Ancaq onların da bir sonlarının gələcəyi danılmazdır və həmin vaxt elə də uzaqda deyil. Tarix, zaman hər şeyi öz yoluna qoyur və əsla haqqı nahaqqa qurban vermir!

44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücünü dünyaya nümayiş etdirdi. Vətən oğullarımız qanları, canları ilə Zəfər tariximizi yazdı, 30 ilin torpaq həsrətinə son qoydu, mənfur düşməni torpaqlarıımızdan iti qovan kimi qovdu.  Bax, məsələ ondadır ki, şəxsi maraqları naminə reallıqları inkar edən  erməni təəssübkeşləri də çox qısa zamanda həmin aqibəti yaşayacaqlar. Onlar layiqli cavablarını xalqdan alırlar və xalqın yumruğu çox möhkəm olur!