YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid anası: Siyasi mövqeyindən, kimliyindən asılı olmayaraq, xain fikirlər səsləndirmək ilk növbədə şəhid analarına hörmətsizlikdir

“Mən 2017-ci ildə Xocavənd döyüşləri zamanı şəhid olmuş və ölkəmizdə ilk dəfə olaraq “Şücaətə görə” medalı ilə təltif edilmiş Zakir Cəfərovun anasıyam. Azərbaycan Ordusunun “Qətiyyətli cavab” əməliyyatı zamanı şəhid olmuş bütün qəhrəmanlarımızın ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm, acılarını bölüşürəm. Şəhid anası olaraq bu acının nə olduğunu çox yaxşı anlayıram və bu səbəbdən də xalqımızı mətin, möhkəm olmağa səsləyirəm. Eyni zamanda, onu da demək istəyirəm ki, indiki məqamda dövlətlə bir olmaq lazımdır. Təxribatlara fikir verilməməlidir, bölücülüklə məşğul olanlara qulaq asılmamalıdır”.

Bu fikirləri şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva deyib.

Kəmalə Abdullayeva bildirib ki, sosial şəbəkələr vasitəsilə Azərbaycan dövlətinə hücumların edilməsi, ilk növbədə şəhid analarını incidən siyasi fikirlərin səsləndirilməsi yolverilməzdir: “Mənə deyirlər ki, sosial şəbəkələrdə “Bizə Zəngəzur lazım deyil”, “Azərbaycan əsgərinin o yüksəkliklərdə nə işi var”, “Dəhlizə tüpürüm”, “Azərbaycan Ermənistana təcavüz edib”, “Azərbaycana sanksiyalar tətbiq olunsun” kimi xain fikirlər səsləndirilir. Mən üzümü həmin şəxslərə tutub demək istəyirəm ki, indiki məqamda siyasi mövqeyinizdən, kimliyinizdən asılı olmayaraq, bu cür xain fikirlər səsləndirməyiniz ilk növbədə biz şəhid analarına hörmətsizlikdir. Məgər bizim oğullarımız Azərbaycanın bütövlüyü naminə canlarından keçməyiblərmi? Məgər Vətən müharibəsində və ondan sonrakı mərhələdə canından keçmiş şəhidlərimiz xalqımızın, dövlətimizin təhlükəsizliyi üçün özlərini fəda etməyiblərmi? Bütün bu həqiqətləri bilərək belə fikirlərin səsləndirilməsi hansı mənəvi çərçivəyə sığar? Siyasətdə müxalifət də, iqtidar da, müstəqil də ola bilərsən. Amma şəhid ailələrini incidəcək, onlara hörmətsizlik edəcək fikirlər səsləndirmək qətiyyən yolverilməzdir. Şəhid anası olaraq heç zaman oğlumun uğrunda canını fadə etdiyi Vətənimizə, dövlətimizə dil uzadılmasına, onun parçalanmasına, təhlükələrlə qarşı-qarşıya qoyulmasına razı ola bilmərəm. Müstəqilliyimiz ilk illərində parçalanmanı da, təhlükələri də, Ermənistanın təcavüzünü də görmüşük və daha istəmirik. Ona görə də, imkan verməməliyik ki, özünə müxalifət, yaxud başqa ad qoyanlar təxribatlarla məşğul olsun, erməni mövqeyindən çıxış etsinlər”.