YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onlar üçün Vətən məfhumu yoxdur

Azər Badamov

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz düşmən təxribatlarının qarşısını alaraq dövlət sərhəddimizdə vəziyyətə tam nəzarət edir.  Silahlı Qüvvələrimiz  düşmənin legitim hərbi hədəflərini məhv edərək düşməni böyük  canlı itki ilə üzləşdirmişdir. Dövlət müstəqilliyi üçün mühüm əhəmiyyət daşıdığı həssas məqamlarda sapı özümüzdən olan baltalar həmişə olduğu kimi düşmən dəyirmanına su tökməyə başlayırlar.  Xaricdə oturub düşmənlərimizdən sifariş alaraq Azərbaycanın haqq işinə kölgə gətirmək istəyənlər əslində erməninin özündən də qorxuludur. Onların bütün hərəkətləri xalqa və vətənə xəyanət üzərində qurulmuşdur. Dövlət başçımız  bizim başqasının torpaqında gözümüz olmadığını dəfələrlə bəyan etmiş və düşmənə sülh əlimizi uzatmışıq.  Ermənilər isə sülh əlimizdən tutaraq regionda sabitliyin yaranmasına xidmət edəcək addımların atılması əvəzinə Azərbaycana qarşı geniş hərbi təxribata başladı.  Silahlı Qüvvələrimiz tərəfindən bu günlərdə aparılan əks həmlə əməliyyatları da öz ərazimizdə aparırıq və  düşmənə yenidən təxribatların aparılmasına imkanları məhdudlaşdırmaq məqsədilə bufer zonasının yaradılmasına xidmət edir. Əgər ermənilər mütəmadi olaraq təxribatlara əl ataraq ölkəmiz üçün təhlükə yaratmasaydı  və öz öhdəliklərini icra etsəydi indiki əks təxribat əməliyyatımıza da ehtiyac olmazdı.  Xaricdə oturan sapı özümüzdən olan baltalar Tural Sadıqlı, Sevinc Osmanqızı, Qənimət Zahid və digərləri ermənilərin sifarişlərini icra edərək xalqı yanlış yola çəkməyə cəhd edir, sərsəm çağırışlar səsləndirir. Bunlar üçün vətən məfhumu yoxdur. Azərbaycan dövləti haqq işi görür və beynəlxalq normalara söykənir. Xalq isə milli maraqlarımıza əks olan belə çağırışlar edən xainlərə inanmır və  ordunun yanında düşmənə qarşı dəmir yumruğa çevrilmişdir.

Həm də xalqımızın milli maraqları üçün böyük əhəmiyyət daşıdığı belə bir həssas vaxtda  radikal müxalifət hamımız üçün əziz şəhidlərimizin adından  istifadə edərək hakimiyyəti ittihamlar səsləndirməklə  özlərini  yenidən reklam etməyə çalışır. Xalq böyük ürək ağrısı ilə qəhrəmancasına vətən uğrunda  canından keçmiş şəhidləri dəfn etdiyi bir vaxtda bu mövzudan istifadə edərək  reytinq qazanmaq niyyəti ilə  dövlətin milli maraqlarına qarşı çıxmaq heç də düşmənlərimizin mənafelərinə xidmət etməkdən başqa bir şey  deyil.

Əli Kərimli özünün sosial şəbəkəsi hesabında məsləhətlər verməyə başlayıb. Əli Kərimliyə soruşmaq istəyirəm ki, Ali Baş Komandanın rəhbərliyi altında 44 gün Vətən müharibəsində azad etdiyimiz ərazilərin satılması və bu gün yaşadığımız problemləri AXC və Müsavatın hakimiyyəti illərində baş verməyibmi? Məhz sizin hakimiyyəti qorumaq üçün torpaqlarımızı ermənilərə verməsindən xalqımız 30 il əziyyət çəkməyibmi? Bəli, tarix heç nəyi unutmur. Azərbaycanın dövlət başçısı xalqın dəstəyi ilə bu gün vaxtıla sizin yaratdığınız problemləri aradan qaldırır. Sizin və ətrafınızda dolaşanların xalqın adından danışmağa haqqı yoxdur. Xalq ölkə başçısının yanında birləşib və Azərbaycanı daima qələbələrə aparacaqdır.