YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir şəhidini son mənzilə yola salıb

Ermənistanın təxribatları nəticəsində şəhid olan Azərbaycan ordusunun əsgəri Süleymanov Xəyal Elxan oğlu doğulduğu Şəmkir rayonunun Şeidlər kəndində dəfn edilib.

Dəfn mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin yaşadığı evdə vida mərasimi keçirilib. Mərasimdə çıxış edən RİH başçısı Rəşad Tağıyev şəhidin ailə üzvlərinə başsağlığı verib, hər bir azərbaycanlının Xəyal kimi qəhrəman oğullarla fəxr etdiyini vurğulayıb.

Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib.

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.