YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirələri anılıb

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlər Tərtər şəhər sakini Qəhrəmanlı Yaqub Abdulla oğlunun və Tərtər rayonu Qaradağlı kənd sakini Məmmədli Sənan Səlim oğlunun doğum günləri məzarları başında qeyd olunub.

Mərasimlərdə Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının əməkdaşları, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, partiya fəalları, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ziyarətçilər şəhidlərin ailə üzvlərinə başsağlığı verib, məzarları üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.

Çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Yaqub Qəhrəmanlı ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, şəhid Sənan Məmmədli isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.