YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhidin xatirəsi anılıb

Qubada şəhid Nəsirov Müşfiq Əjdər oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının sədri Fidan Hüseynova və partiya əməkdaşları, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Yuxarı Tüləkəran kəndində şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Daha sonra tədbir iştirakçıları şəhidin adına inşa olunmuş abidə-bulaq kompleksini ziyarət ediblər.