YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ağ ölüm cəmiyyətimizin bəlasıdır”

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı, Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində “Ağ ölüm cəmiyyətimizin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə YAP Quba rayon təşkilatının sədr müavini Elxan Məhərrəmov, RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayev, Mərkəzi Xəstəxananın Publik hüquqi şəxsin poliklinika şöbəsinin həkim-narkoluqu Elçin Yarməmmədov və gənclər iştirak ediblər.

Çıxış edənlər narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həyata keçirilən tədbirlərdən danışıblar.

Əvvəlcə narkotik vasitələrin zərərli təsiri barədə videoçarx nümayiş etdirilib.

Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.