YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Türkmənistan ilə iqtisadi-ticari əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirə aparıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşüb.

Bu barədə nazir məlumat verib.

“Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov ilə görüşdə ölkələrimiz arasında dostluq və qardaşlığa əsaslanan münasibətlərin əhəmiyyətini vurğuladıq, iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov qeyd edib.