YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı məmnunluq doğurur

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov sentyabrın 6-da Yaponiyanın “İtoçu” korporasiyasının sədrinin müavini, Azərbaycan ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Yoşihisa Suzuki ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tarixi əhəmiyyəti qeyd edilib, müxtəlif sahələrdə əlaqələrimizin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Dövlət Komissiyasının Bakıda keçirilən 11-ci iclasının əhəmiyyəti vurğulanıb, həmçinin Azərbaycan-Yaponiya qarşılıqlı faydalı əməkdaşlığının siyasi, iqtisadi-ticari, nəqliyyat-tranzit, enerji, rəqəmsal texnologiyalar və digər sahələrdə daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.