YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan lider ölkələr sırasında...

“Bu gün Azərbaycanda həyata keçirilən müdrik, uğurlu, inkişafa və  tərəqqiyə hesablanmış xarici siyasət nəticəsində ölkəmiz dünya miqyasında öz nüfuzuna, gücünə və mövqeyinə görə lider ölkələr sırasındadır. Azərbaycanın irəli sürdüyü  bütün təşəbbüslər dünya ölkələri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Bütün bunlarla yanaşı, Azərbaycanla dünya ölkələri ilə arasındakı mövcud  əlaqələr daha da dərinləşir, yeni müqavilələr imzalanır və ölkəmiz tərəfindən beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Sentyabr ayının 1-də Azərbaycan Prezindeti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasındakı mövcud əlaqələrin daha da inkşafı və gələcək perspektivi baxımından xüsusi rol oynayacaq. Əsası 1992-ci ildə qoyulmuş Azərbaycanla İtaliya arasında diplomatik əlaqələr bu günə qədər hər bir sahə üzrə inkşaf edərək “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə qədər yüksəlmişdir. Ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, nəqliyyat-kommunikasiya sahələri ilə yanaşı elm və təhsil sahəsində də əməkdaşlıq mövcuddur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyevin sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında imzaladığı sənəd Azərbaycanla İtaliya arasındakı təhsil sahəsinin daha da inkşafına böyük təkan verəcəkdir”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, İtaliyaya işguzar səfəri çərçivəsində Prezident İlham Əliyev Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusuna həsr olunmuş plenar iclasda iştirak və çıxış etdi. Dövlətimizin başçısı Azərbaycanın enerji sahəsindəki həyata keçirdiyi dünya miqyaslı enerji layihələrdən bəhs edərək,  bu layihələr nəticəsində Azərbaycanın Avrasiyanın enerji xəritəsini dəyişdirməyi bacardığını diqqətə çatdırdı. Bu gün ölkəmiz tərəfindən həyata keçirilən və müəllifi Prezident İlham Əliyev olan enerji siyasəti nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində böyük rola malikdir: “Ümumi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında əlaqələrin və dostluq münasibətlərinin inkşafına böyük töhvə verəcəkdir”.