YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın uğurlu diplomatik strategiyası

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Beynəlxalq səviyyədə Azərbaycanın diplomatik əlaqələri tərəfdaşlıq və hüquq prinsiplər üzərində qurulub. Xüsusən Türkdilli dövlətlərlə isti münasibətlər, qardaş ölkələri birləşdirən tarixi köklərə söykənir. Bu mənada Azərbaycan-Qazaxıstan əlaqələrini xüsusi dəyərləndirmək olar.

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü zamanı ölkələrimizi birləşdirən bir sıra nüaslara toxunulub.

Prezident İlham Əliyev qazaxıstanlı həmkarı ilə söhbəti zamanı hər iki ölkənin mövqeyinin üst-üstə düşməsinin müsbət hal olduğunu vurğuladı. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlər və strateji tərəfdaşlardır.

Ölkə başçısı Qazaxıstanın ali ordeni ilə təltif edilməsini yüksək şərəf və məmnunluq hissi ilə qarşıladığını vurğulayaraq bildirdi ki, Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Prezident İlham Əliyev Qarabağda aparılan quruculuq-bərpa işlərinə toxunaraq qeyd etdi ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Qazaxıstan Azərbaycan münasibətləri çoxsahəli şəkildə inkişaf etdirilir. Bu bir faktdır ki, Azərbaycanın uğurlu diplomatik strategiyası Türk xalqları və dövlətləri üçün yeni era açır. Prezident İlham Əliyev bu məqama toxunaraq bildirdi ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək.

Xüsusən qeyd etmək lazımdır ki, qarşı tərəf də bu əlaqələri yüksək qiymətləndirir.

Qazaxıstan Prezidenti ölkələrimiz arasındakı mövcud münasibətlərin və Türkdilli dövlətlər arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsində Azərbaycan Prezidentinin misilsiz xidmətlərindən bəhs etdi.

Mövcud siyasi-beynəlxalq durum imzalanan müqavilələr və razılaşmalar ölkərəmizin maraqlarına cavab verməklə yanaşı, qonşu dövlətlər üçün də maraq kəsb edən amillərdəndir.