YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında “Azərbaycan Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır” adlı tədbir keçirilib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və təşkilat nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə, güclü əsaslara malikdir. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq çoxvektorludur. Buraya enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir. Vurğulayıb ki, bu gün Azərbaycana Qazaxıstandan buğda, təbii barium sulfatı (barıt), bir sıra neft məhsulları idxal olunur. Öz növbəsində ölkəmiz Qazaxıstana ağ şəkər və kimyəvi cəhətdən təmiz olan digər saxaroza, meyvə, meyvə şirələri, mebellər ixracını həyata keçirir. Ötən il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Qeyd olunub ki, iki ölkə strateji tərəfdaş olmaqla, eyni zamanda müttəfiqdirlər və bu cür yanaşma gələcək fəaliyyətin möhkəm bazasını formalaşdırır.