YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəlilabadda şəhidlərin xatirəsinə inşa edilmiş bulaq kompleksi istifadəyə verilib

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən qəhrəmanlarının xatirələrini əbədiləşdirmək məqsədilə Cəlilabad rayonunun Adnalı kəndində bulaq kompleksinin açılışı olub.

Abidə-bulaq kompleksinin açılışında 68 saylı Cəlilabad kənd seçki dairəsindən seçilən deputat Elman Nəsirov, Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman İdarəsinin kollektivi, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin deputatı Elman Nəsirov Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. E.Nəsirov vurğulayıb ki, ölkədə 13 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzillə və ya fərdi evlə təmin edilib. 7500-dən çox qaziyə avtomobillər təqdim olunub. Proses davam edəcək.

Deputat avqust ayının 26-da Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan bayrağının qaldırıldığını diqqətə çatdıraraq əminliklə bildirib ki, çox keçmədən Xankəndi, Xocalı və digər yaşayış məntəqələri də tam şəkildə Azərbaycanın yurisdiksiyasına daxil olar.

Sonda Adnalı kənd qəbiristanlığında şəhidlərin məzarları ziyarət olunub, xatirələri ehtiramla anılıb.