YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərəflər münasibətlərin inkişafında maraqlıdır

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

Bu gün Azərbaycanla Qazaxıstan arasında münasibətlər ən yüksək səviyyədədir. İkitərəfli əlaqələrin inkişafında iki ölkə liderinin xidmətləri böyükdür. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətin göstəricisidir.

Qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha onu göstərir ki, tərəflər münasibətlərin inkişafında maraqlıdır və səfər iki ölkə arasında əlaqələri yeni müstəviyə - strateji müttəfiqliyə qaldırır. 

Səfərin əhəmiyyətini artıran ən önəmli məsələlərdən biri strateji münasibətlərin möhkəmləndirilməsi ilə bağlı sənədin imzalanmasıdır. Bu baxımdan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin imzalanması xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Azərbaycanla Qazaxıstan təkcə strateji tərəfdaş deyil, həm də müttəfiqdirlər. Bəyannamə ikitərəfli əməkdaşlığın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyət üçün çox ciddi baza rolunu oynayır.

Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Sənədin məzmunu onun ikitərəfli əlaqələrin inkişafı üçün hansı əhəmiyyəti daşıdığını bir daha göstərir.

Səfərin əhəmiyyətini artıran digər məsələ Qarabağda həyata keçirilən quruculuq və abadlıq işlərində Qazaxıstanın iştirakıdır. Bu baxımdan  Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı iki ölkə xalqlarının dostluğunun bariz təzahürüdür. 

Füzulidə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi  xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Artıq Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Yekunda qeyd etmək lazımdır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlamasına cidd təkan verəcək və bölgə dövlətlərinin müstəqilliyinin möhkəmlənməsində və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.