YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir

Abşeron Rayon İcra Hakimiyyətinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Naftalan şəhərindən olan bir qrup şəhid ailəsi və qazi istirahət və reabilitasiya keçmək məqsədi ilə Abşeron rayonuna gəliblər.

Qonaqlar II Fəxri xiyabanı və Xırdalan şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçən övladlarımızın ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad ediblər.

Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində abşeronlu və naftalanlı şəhid ailələri ilə görüş keçirilib. Görüşdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cəmiyyətimizdə şəhid ailələrinə və qazilərə böyük hörmətin, məhəbbətin bəslənildiyini, onlara dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən və xalqımızın qələbə qazanmasında canından keçən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunur. Şəhid ailələrinin qarşılıqlı əlaqələrinin qurulmasının, onların bir-birini tanımasının müsbət addım olduğu qeyd edərək qarşılıqlı səfərlərin bundan sonra da təşkil olunacağını vurğulayıb.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, din xadimi Hacı Rasim Xudaverdiyev, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, qazi Vasif Allahverdiyev, şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Bəhruz Quliyevin anası Mötəbər Quliyeva çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün həyata keçirilən layihənin əhəmiyyətindən danışıb, bundan sonra da daima “Dəmir yumruq” ətrafında birləşərək vətənimizin gələcəyi, inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib.

Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Sonda abşeronlu şəhid ailələri adından Naftalan şəhərindən gələn şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.

Növbəti gün qonaqlar Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub, burada yaradılan şəraitlə tanış olublar, həmçinin qazilər üçün qoruğun ərazisində skuter səyahəti təşkil edilib.