YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhidin xatirəsi anılıb

Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsi şəhidi Lələyev İbrahim Həzrətqulu oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və partiya fəalları şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.