YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə məzarı ziyarət olunub

Qaradağ rayonunda Vətən müharibəsi şəhidi İsmayılzadə Səməndər Vahid oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və təşkilat nümayəndələri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, Milli Məclisin deputatı Səbinə Xasayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin rəis müavini Zaur Əliyev, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Röyal Əşrəfov və bir qrup şəhid ailəsi üzvü Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Səməndər İsmayılzadə 2020-ci il oktyabrın 28-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.