YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azadlıq məşuqu” XX əsrdə qalıb, xalqımız isə XXI yüzillikdə yaşayır

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad Rayon Təşkilatının sədri

Tarixini dəqiq xatırlamıram, amma onu bilirəm ki, 90-cı illərin sonları idi. Rusiyanın Mixail Poltoranin adlı bir “Mətbuat və İnformasiya” naziri var idi. O zamanlar bədnam V.Jirinovskinin də yeni-yeni “parlamağa”, “tanınmağa” başladığı illər idi. Bir dəfə, telemüsahibələrin birində müxbir M.Poltoraninə belə bir sualla müraciət etdi - “Mixail Nikiforoviç, Rusiya siyasi palitrasında yeni peyda olan Jirinovski fenomeni barədə nə deyə bilərsiniz?”. Poltoraninin cavabı, türklər demiş, çox manidar oldu: “Bilirsiniz, insanlar tanınmaq, gündəm olmaq, şöhrət qazanmaq üçün müxtəlif yollar seçir. Bəziləri hansısa hədəfə çatmaq, zirvəni fəth etmək üçün illərlə çalışır, zəhmət çəkir, məşəqqətli yollar keçir, məhrumiyyətlər yaşayır. Bəziləri də var ki, şöhrət olmaq üçün ən qısa, kəsə yola əl atır. Məsələn, bir gün lüt soyunub küçəyə çıxır və həmin gün də tanınır. Ən azı bir neçə gün hamı ondan danışır, onun kim olduğunu bilməyə can atır. “Jirinovski fenomeni”ni bundan fərqli bir şey deyil”.

Bəli, bu da “şöhrət”dir, ancaq digərindən fərqli olaraq buna, “ayıbı ilə şöhrət qazanmaq” deyilir. Təəssüf ki, Azərbaycanın yaxın tarixi də belə “ayıb”lardan, “üz qaraları”ndan xali olmayıb.

Güman ki, Polşanın “Solidarnost” hərəkatından ilham alan Nemət Pənahlı adlı birisi Lex Valensa olmaq arzusuna düşdü. Gah şeir dedi, gah vətənpərvərlikdən dəm vurdu, gah da əliyalın xalqı silahlı üsyana çağırdı. Ancaq “tikə-tikə doğransam da, yolumdan dönməyəcəm” Pənahlı ara qarışanda dabana tüpürməyi də unutmadı. Ona görə də nəinki Valensa ola bilmədi, qısa zaman kəsiyində aldada bildiyi insanların, hətta öz “silahdaşları”nın belə nifrətini  qazanmağa nail oldu. Çünki hamıya, hətta guya aşiqi olduğu “azadlıq ideyası”na da xəyanət etdi. Siyasi simasızlığına görə haralardan qovulmadı ki?

Nemətin halal yolla qazandığı bir şey var ki, o da mənfi imici, zəhlətökən və avantürist obrazıdır.

Türklərin məşhur bir ata sözü var, deyirlər, “yenilən pəhləvan güləşə doymaz”. İndi bu naftalin iyi verən, “srok”u çoxdan çıxmış hoqqabaz yenidən peyda olub. Ona-buna dil uzatmaqla gündəm yaratmağa, “halallıqla” qazandığı adını, imicini başqalarına yamamağa çalışır, ancaq çox bayağı, tragikomik və cılız görünür. Çünki qatara gecikib, o 20-ci əsrdə qalıb, ölkə və xalq isə artıq 21-ci əsrdə yaşayır.