YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbi davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının gənclərinin I Yay Məktəbi işini davam etdirir. Belə ki, Yay Məktəbinin iştirakçılarının SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna ekskursiyası təşkil olunub.

SOCAR Downstream Management MMC-nin gənc mütəxəssislərinin müşayiəti ilə keçirilən ekskursiyada istehsal müəssisələri ilə tanışlıq olub. Məlumat verilib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Ekskursiyadan sonra Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, xatirə hədiyyələri təqdim olunub.

Sonra Yay Məktəbinin iştirakçıları 44 günlük Vətən müharibəsinin qaziləri – Denis Quzlayev və Teymur Kərimli ilə görüşüblər. Qazilər Azərbaycanın tarixi zəfərindən, “Dəmir yumruq” əməliyyatından danışıblar, gəncləri maraqlandıran sualları cavablandırıblar. Daha sonra “Şuşa, sən azadsan” filminə baxış keçirilib.

Günün sonunda gənclərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif təlimlər və əyləncəli oyunlar keçirilib.