YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədidə Beynəlxalq Gənclər Günü münasibətilə tədbir keçirilib

Binəqədi rayonunda 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Milli Məclisin deputatı Səbinə Xasayeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi rəisinin birinci müavini Aydın Yusifov, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin direktoru Günel Həsənova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov, Vətən müharibəsi qazisi Ceyhun Sədrayev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü və fəal gənclər iştirak ediblər.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndirilib.

Çıxış edənlər ölkəmizdə gənclərə yüksək diqqət və qayğı göstərildiyini, bu əlamətdar günün cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunduğunu söyləyiblər. Bildirilib ki, ölkəmizdə gənclərin ən yüksək diqqət və qayğı ilə əhatə olunması üçün uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu fəal gənc Ümid Şükürlü və Vətən müharibəsi qazisi Ceyhun Sədrayev dövlətimizin şəhid ailələrinə, qazilərə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.

Sonra uğurlu fəaliyyəti ilə seçilən bir qrup gənc mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.