YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirdə şəhid Cəmil Həşimlinin doğum günündə xatirəsi anılıb

Kürdəmir rayonunun Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidi Həşimli Cəmil Əflatun oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, partiya fəalları, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri Cəmil Həşimlinin məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra mərasim iştirakçıları şəhidin əziz xatirəsinə açılan ehsan süfrəsində iştirak ediblər.  YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu dünyaya göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq Qələbə ilə nəticələndi.

Çıxışlarda şəhid Cəmil Həşimlinin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Cəmil Həşimli 2020-ci oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.