YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: I Avropa Oyunlarının başlanmasına az bir vaxt qaldıqca ölkəmizə qarşı təzyiqlər və iftiralar daha da güclənir

«Azərbaycanda sürətli inkişaf davam etdikcə,onun beynəlxalq nüfuzu artdıqca ABŞ-da və Avropada müəyyən qüvvələr Azərbaycanın müstəqil, düşünülmüş daxili və xarici siyasətinə qarşı müxtəlif istiqamətlərdə məkirli kampaniyalar aparmağa başlayıblar». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, I Avropa Oyunlarının başlanmasına az bir vaxt qaldıqca bu təzyiqlər və iftiralar daha da güclənir. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Con Kerrinin ermənipərəst mövqeyi çoxdan bəllidir. «ABŞ Konqresində Azərbaycana qarşı qəbul edilmiş 907 saylı qətnamənin müəllifi kimi o həmşə Azərbaycana qarşı ədalətsiz mövqeyi ilə tanınıb. Maraqlı burasıdır ki, daima insan hüquq və azadlıqlarının mudafiəsindən danışan Con Kerrinin öz ölkəsində amerikalı qaradərəli vətəndaşlarının hüquqları elə dövlətin asayiş keşişçiləri-polisləri tərəfindən mütəmadi olaraq kobud sürətdə pozulur. Boltimorda baş verən son ölüm hadisəsindən sonra bas vermiş kütləvi ixtişaşlar səngimək bilmir. Artıq şəhərdə komendant saatı təyin edilib. Bütün bunları görməzdən gələrək digər ölkələrə demokratiya dərsi verən Amerikanın üzdəniraq idioloqlarının siyasəti iflasa üğrayır. Azərbaycana qarşı yönəlmiş bu riyakar, çirkin kampaniyalara baxmayaraq, Azərbaycan öz seçdiyi müstəqillik yolundan dönməyəcək, ölkəmiz daha da güclənəcək, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulan bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcəkdir»- deyə, R.Əliyev vurğulayıb.