YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Lerik şəhər 3 saylı tam orta məktəbdə şəhid leytenant Əkbərov Əmrah Şahid oğlunun xatirəsinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatlı intellektual yarış keçirilib.

Yarış Lerik İntellektual Oyunlar Klubunun və Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının, Lerik Rayon İcra Hakimiyyətinin, Lerik Rayon Gənclər və İdman İdarəsinin, Lerik Rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutub.

İntellektual yarış hərb tariximiz, döyüş sənəti, məntiq, qəhrəmanlarımızla bağlı olmaqla müxtəlif sahələri əhatə edib.

DİGƏR Xəbərlər Arxiv