YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanın dünya miqyasında gücü və etibarı artmaqdadır

“Ölkəmizin milli maraqlarının yüksək səviyyədə təmin olunduğu Daşkənd bəyannaməsi, Türk dövlətləri birliyinin daha da möhkəmlənməsinə və gələcək inkişafına böyük təkan verəcək. Bəyənnamə bir sıra aspektlər baxımından böyük əhəmiyyətə malik tarixi sənəddir. Eyni zamanda Daşkənd bəyannaməsində, Qarabağ və Şərqi Zəngəzur regionlarına investisiya yatırmaqla Azərbaycanın postmünaqişə dövründəki bərpa, yenidənqurma və reinteqrasiya prosesində ərazilərin bərpası istiqamətində səylərinə dəstək göstərilməsinin vacibliyi vurğulanmışdır. Daşkənd bəyənnaməsi Azərbaycanın Avrasiya coğrafiyasında geosiyasi proseslərdəki rolunun daha da artmasına və mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcəkdir”.

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, ölkəmizlə, Şərqi və Cənub Asiya ölkələri və dünya miqyaslı təşkilatlar arasında sıx iqtisadi və ticarət əlaqələri, mədəni, humanitar münasibətlər daha  da dərinləşəcəkdir. Nəqliyyat əlaqələrinin genişləndirilməsini nəzərdə tutan Daşkənd bəyannaməsində dəstəklənən layihələrdən biri də  Zəngəzur dəhlizidir. Bəyənnamədə Zəngəzur dəhlizinin vacibliyi və önəmi xüsusi vurğulanmışdır:

“Bu gün  dünyada cərəyan edən qeyri-sabit proseslər fonunda ölkəmiz dünya ölkələri ilə əlaqələri daha da genişləndirir, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüslər irəli sürür, beynəlxalq əhəmiyyətli layihələr icra edir. Dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın mövqeyi və gücü günbəgün artmaqdadır. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən və milli maraqlarımızın təmin olunduğu xarici siyasətin nəticəsidir”.