YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir məmur öz fəaliyyətində sosial ədalət prinsipinə əməl etməlidir

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi kadr islahatları da uğurla davam etdirilməkdədir. Dövlət başçısının həyata keçirdiyi yeni kadr islahatları dövlətçiliyimizin inkişafına və xalıqımızın rifahının yaxşılaşdırılmasına öz müsbət töhfələrini verməkdədir. Lakin bir sıra neqativ halların aşkar olunması əlbətdə yolverilməzdir və bu nöqteyi-nəzərdən Prezidentin müvafiq tövsiyə və tapşırıqları hər bir dövlət məmuru üçün önəmli əhəmiyyət kəsb etməli, onlar bəzi neqativ hallardan nəticə çıxararaq vətənə və xalqa ləyaqətlə xidmət etməlidirlər.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 iyul tarixdə Masallı, Lerik və  Göygöl rayonlarına icra başısı təyin etdi. Prezident İlham Əliyev hər üç rayonun yeni təyin olunan icra başcılarını qəbul edərkən onlara ilk növbədə rayonlarda vəziyyətin geniş təhlil olunmasını, mövcud nöqsanların aşkar edilib və aradan qaldırılmasını tapşırdı.

Eyni zamanda dövlət başçısı cəmiyyətimizin həssas təbəqəsinin üzvləri olan şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilərimizin sosial-məişət şəraitlərinin diqqət mərkəzində saxlanılması, onların qayğıları ilə yaxından maraqlanmalarını və bu cür problemlərin aradan qaldırılmasını xüsusi vurğuladı.

Prezident İlham Əliyev bəzi rayon icra hakimiyyəti başçılarının yol verdiyi qanun pozuntularından bəhs edərkən bildirdi: “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Həmçinin Prezidentin tövsiyyələrindən biri də icra hakimiyyəti başçılarının öz fəaliyyətlərində sosial ədalət prinsipinə riayət etmələri barədədir. Sosial ədalət, ümumiyyətlə, ədalət prinsipləri cəmiyyətdə əsas prinsiplərdən biridir.

Dövlət başçısı İlham Əliyev hərbçilərimizin sosial problemlərinin hər zaman diqqət mərkəzində saxlanılması məsələsinə də toxunaraq bildirdi ki, “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub”.