YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mənəvi dəyərlərin qorunması və dilimizin inkişafı dövlətin diqqət mərkəzindədir

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Masallı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin ən qiymətli xəzinəsidir” mövzusunda partiya fəalları ilə görüş keçirib.

Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Masallı rayon təşkilatının əməkdaşı Eldar Kazımov çıxış edərək bildirib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri vardır. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Bədəlan tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova, Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarov və başqaları çıxış edərək bildiriblər ki, Ulu Öndərin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.