YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Nazir Xurşudovun doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının kollektivi Binəqədi rayonunda Vətən müharibəsi şəhidi Xurşudov Nazir Müxənnət oğlunun doğum günündə ailəsini ziyarət ediblər.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva qeyd edib ki,  şəhidlərimiz xalqımızın yaddaşında bizlərə Zəfər tarixi yaşadan əbədi qəhrəmanlar olaraq daim yaşayacaqlar. İllər keçsə də, gələcək nəsillər qəhrəman oğullarımızı  hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan  oğullarımızı daim qəlbimizdə yaşadaq.

Şəhidimizin həyat yoldaşı dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. O, dövlətimizin başçısına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan Nazir Xurşudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatları zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"  medalları  ilə təltif edilib.