YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Qazax rayon Mərkəzi Kitabxanasında tədbir keçirib. Tədbirdə rayon təşkilatının üzvləri, Aparat işçiləri və ictimai fəallar iştirak ediblər.

İştirakçıları öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək qiymətli milli sərvətimiz olan ana dilimiz haqqında, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin dilimizin inkişafı, zənginləşməsi və saflaşması ilə bağlı gördükləri işlərdən, imzaladıqları fərman və sərəncamlardan ətraflı danışıblar.

Daha sonra çıxış edənlər dilimizin qorunması və zənginləşdirilməsi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.