YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeronda partiya üzvləri ilə görüşüb keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Ceyranbatan qəsəbə 4 ünvanında yerləşən (Ceyranbatan su təchizatı idarəsi) ərazi partiya təşkilatının üzvləri ilə görüşüb.

Öncə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev bildirib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi qüvvəsinə çevrilərək uğurlu fəaliyyət göstərir və onun 800 minə yaxın üzvü var. YAP yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu öz fəaliyyəti ilə sübuta yetirib. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ötən ilin mart ayının 5-də keçirilən YAP-ın VII qurultayında qəbul edilən qərarlara toxunaraq, partiyanın yeni Proqram və Nizamnamə tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən, onların həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən, rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışaraq, ərazi partiya təşkilatının üzvlərinə tövsiyələrini verib.