YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada şəhid anasının 70 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının 1993-cü ildən üzvü olan veteranı, I Qarabağ müharibəsi şəhidi Mehman Səfərovun anası, rayonun ictimai-siyasi həyatında böyük xidmətləri olan Gülnaz Səfərovanın 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, Neftçala Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, “Gündoğar” qəzetinin redaktoru və ərazi partiya təşkilatlarının sədrləri  iştirak edib.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev çıxış edərək şəhid anası Gülnaz Səfərovanı təbrik edib. Şəhid anasının Yeni Azərbaycan Partiyasının  üzvü olaraq rayonun ictimai-siyasi həyatında, eyni zamanda, rayon təşkilatının həyatında yüksək xidmətlərinin olduğunu vurğulayıb.

Sonra M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya ərazi partiya təşkilatının sədri Aytəkin Mahmudova Gülnaz Səfərovanın həyat və fəaliyyəti, şəhid Mehman Səfərovun qəhrəmanlıqları və döyüşlərdə göstərdiyi şücaət haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Sonda Gülnaz Səfərova çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Sonda şəhid anasına hədiyyələr təqdim olunub və şəhid Mehman Səfərovun gimnaziyanın həyətində ucaldılmış büstünün qarşısında xatirə şəkli çəkdirilib.