YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev III Qlobal Bakı Forumunun açılışında iştirak edib

Aprelin 28-də Azərbaycanın paytaxtında III Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forum “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunub.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra Bolqarıstanın Prezidenti Rosen Plevneliev, Makedoniyanın Prezidenti George İvanov, Maltanın Baş naziri Cozef Muskat çıxış etdilər.

Almaniyanın Kansleri Angela Merkelin, Böyük Britaniyanın Baş naziri Devid Kemeronun, BMT-nin sabiq baş katibi Butros Butros-Qalinin, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin müraciətləri dinlənildi.

Daha sonra Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa çıxış etdi.

Forumda dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemlər geniş müzakirə ediləcək, onların həlli yollarının tapılması istiqamətində müzakirələr aparılacaq.