YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Hacıyev: Zəngilanın digər kəndlərinin də layihələri hazırlanır

Hazırda Zəngilanda müxtəlif infrastruktur layihələri həyata keçirilir.

Bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev söyləyib.

“Zəngilanda dəmir yolu və avtomobil yolları tikilir, hava limanı inşa olunur. Hava limanının inşası sentyabrda başa çatacaq.

Meliorativ tədbirlər də davam etdirilir. Kənd təsərrüfatı ilə bağlı işlər görülür”, - deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Zəngilanın digər kəndlərinin də layihələrinin hazırlandığını deyən V.Hacıyev rayonda kifayət qədər hərtərəfli bərpa və yenidənqurma işlərinin həyata keçirildiyini və bu tədbirlərin bundan sonra davam etdiriləcəyini bildirib.