YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatının yaranmasının 29-cu ildönümü qeyd olunub

İyulun 15-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının yaradılmasının 29 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin  təşkilatın qərargahındakı büstü önünə gül-çiçək dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.

Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon təşkilatının sədri Namiq Əhmədov tədbiri açıq elan etdi. Namiq Əhmədov bildirdi ki, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan danışıb, partiyanın sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın tarixinin ən şanlı günlərini yaşadığını bildirdi.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon icra hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif  İmaməliyev, Azərbaycan Respublikasının Baş nazirinin müavininin köməkçisi İsgəndər Mustafayev, YAP Xəzər rayon təşkilatının yaradılmasında rol oynayan partiya veteranları və digər fəallar cıxış edərək Yeni Azərbaycan Partiyasının formalaşmasından, ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətindən, partiyanın 30 ildə ölkədə keçirilən bütün seçkilərdə qələbəsindən, son  19 ildə Prezident, YAP Sədri cənab İlham Əliyevin fəaliyyəti sayəsində partiyanın beynəlxalq aləmdə artan  nüfuzundan söhbət açıblar. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının qazandığı bütün uğurlar xalqın bu təşkilata olan inamından irəli gəlir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın mühüm xidmətləri olub. Şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir. Həmçinin qeyd edilib ki, 29 ildir fəaliyyət göstərən YAP Xəzər rayon təşkilatı  partiyanın yerli strukturları arasında fəallığı ilə seçilənlərdəndir.

Sonda YAP Xəzər rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxs diplomla təltif olunub.