YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvar rayonunda şəhidlərin doğum günündə xatirələri anılıb

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı və Yuxarı Cürəli kənd ərazi partiya təşkilatının sədri Firdovsi Şərifov I Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüş, rayonun Yuxarı Cürəli kəndindən olan şəhid Əliyev Təyyar İltifat oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib və ruhuna dualar oxunub.

Daha sonra YAP Biləsuvar rayon təşkilatının əməkdaşları II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canlarından keçən, rayonun Aşağı Cürəli kəndindən olan şəhid Mirzəyev Orxan Əli oğlunun və Çaylı kəndindən olan şəhid Allahverdiyev Elnur Kamil oğlunun  doğum günləri münasibəti ilə ailələrini ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmalarından bəhs edilib və şəhid ailələrinin qayğıları ilə marıqlanılıb.

Şəhidlərimizin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra kənd qəbirstanlıqlarında şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Mirzəyev Orxan Əli oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Laçının   azad olunmasına görə” və “Suqovuşanın  azad olunmasına görə” medalları ilə, şəhid Allahverdiyev Elnur Kamil oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif ediliblər.