YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhid Əbülfəz Rəhmətovun xatirəsi anılıb

Lerik rayonunun Anbu kəndində Vətən müharibəsi şəhidi kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun doğum günü qeyd olunub.

Lerik Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının nümayəndələri, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Əbülfəzlə eyni məzarlıqda uyuyan şəhid Əhmədov Tural Əkrəm oğlunun da məzarı ziyarət olunub.

Çıxış edənlər şəhidlərimizin keçdiyi döyüş yolundan danışıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs ediblər.

Şəhidin valideynləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əbülfəz Rəhmətov 2020-ci il oktyabrın 16-da Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Əbülfəz Rəhmətov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.