YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ sürətlə dirçəlir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Möhtərəm Prezidentimiz cənab  İlham Əliyev hər dəfə işğaldan azad edilmiş şəhərlərimizə səfər edərkən görülən işlərlə yaxından tanış olur, yeni obyektlərin təməlini qoyur. Azərbaycan artıq bütün gücünü işğaldan azad edilmiş şəhər və kəndlərimizdə aparılan quruculuq, bərpa işlərinə, infrastruktur layihələrinin reallaşdırılmasına yönəldib. Prezident İlham Əliyevin rəhbərliyi  ilə Qarabağ sürətlə dirçəlir.

İkinci Qarabağ müharibəsindən sonra aparılan yenidən qurma işləri ilə yanaşı eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğu siyasəti sürətlə gedir. Bizim hərbi hissələrimiz yenidən qurulur, ordumuz ən müasir texnika ilə təchiz edilir. 2021-ci ildə Hadrutda birinci komando hərbi hissəsinin, eyni zamanda, bu günlərdə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin istifadəyə verilməsi həm də hərbi gücümüzün artmasının göstəricisidir. Bu briqadalar bütün digər silahlı birləşmələrlə bərabər istənilən hərbi vəzifəni icra etmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdirlər. Bütün bunlar onu göstərir ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu siyasəti ilə bağlı başladığı işlər bu gün Prezident  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya da daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir. Azərbaycan xalqı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala cəmi 44 gündə son qoydu. 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı, ölkənin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin azad iradəsi və müzəffər Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı. Azərbaycan xalqı, dövləti və Ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi.

Bu gün böyük qürurla, fəxarətlə deyə biləriki ki, Ordu Gününü  Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi qeyd edir. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında müasir hərb tarixinə adını qızıl hərflərlə yazdıran  güclü  bir orduya sahibdir.

Vətən müharibəsinin nəticəsində Azərbaycan tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlar Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunmuş hüquqlarını bərpa etməsi, torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğal siyasətinə birdəfəlik son qoyulmasıdır. Artıq Azərbaycanın yaratdığı yeni reallıqlar dünyanın aparıcı qüvvələri, beynəlxalq ictimaiyyət tərəfindən tam qəbul olunur. Ermənistan artıq bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir.