YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana səfəri qardaşlıq münasibətlərinin möhkəm təmələ əsaslandığının təsdiqidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlətimizin xarici siyasətində ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və müxtəlif prioritetlər üzrə inkişaf etdirilməsi əsas yer tutur. Bu baxımdan bu günlərdə dövlət başçısı İlham Əliyevin postpandemiya dövrünün ilk dövlət səfərlərindən birini Özbəkistana etməsi olduqca əhəmiyyətli  və münasibətlərin  gələcək inkişafına xidmət edən sənədlərin imzalanması baxımından diqqətçəkəndir. Ümumilikdə qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amil rolunu oynayır. Azərbaycanın xarici siyasətində türk dünyasının birliyinin prioritet olmasını nəzərə alsaq bu səfərin türkdilli dövlətlərin birliyinin, həmrəyliyinin möhkəmləndirilməsi, hədəflərə yüksək səviyyədə nail olmaq baxımından da  əhəmiyyəti  daha aydın şəkildə özünü büruzə verir. Dövlət başçısı İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarında iki dost ölkənin ikitərəfli müasibətlərinin inkişafında real nəticələri görmək istəklərini bildirdilər.

İmzalanan sənədlər bu istəyin gerçəkləşməsində öz sözünü deyəcək.   Azərbaycan və Özbəkistan Prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibəti, imzalanmış sənədlərin əhatəsi həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir. Xatərladaq ki, iki ölkə arasında 20-dək sənəd imzalanıb. Səfər zamanı imzalanmış sənədlərin Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyi inkaredilməzdir.  “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”də ayrı-ayrı sahələrdə əlaqələrin gələcək inkişafı ehtiva olunub. Bir sözlə, Prezidentlərin birgə bəyanatında yer alan məqsədlərə, strateji tərəfdaşlığın dərinləşdirilməsi və inkişafı istiqamətində atılan addımlarına, dövlət başçılarının qarşılıqlı əlaqələrin inkişafını şəxsi diqqətdə saxlayacaqları barədə fikirlərinə diqqət yetirmək kifayətdir.  Hər bir sənəd əməkdaşlıqda yeni bir məhələnin başlanğıcı deməkdir. Birgə Bəyanatda əksini tapan fikirlər isə  dərin köklərə malik olan bu əlaqələrin  inkişafının daha da sürətləndirilməsinə çağırışdır. Hər iki ölkə bu hədəfə nail olmaq üçün böyük potensiala malikdir.

“Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şavkat Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq” söyləyən dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin iki dost ölkənin əlaqələrinin inkişafında rolunu xüsusi qeyd etdi. Səfərin diqqətçəkən məqamlarından biri məhz   ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir. Daşkənddə Heydər Əliyev meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri həqiqətən də qardaş ölkədə Azərbaycan xalqının Ümummilli Liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev  dahi Lideri Azərbaycan xalqının bələdçisi adlandırdı.

Azərbaycan dövləti, xalqı daim bu məqamı da yüksək dəyələndirir ki, Özbəkistan ərazi bütövlüyümüzlə bağlı hər zaman dəyişməz və qəti mövqe nümayiş etdirib.  Belə ki, Özbəkistan  BMT Baş Assambleyasında 2008-ci il martın 14-də səsverməyə çıxarılmış “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” adlı qətnamənin lehinə səs vermiş yeganə Mərkəzi Asiya ölkəsi olub. Özbəkistanda Ermənistan səfirliyinin, Ermənistanda isə Özbəkistan səfirliyinin fəaliyyət göstərməməsi bu  dostluğu və qardaşlığı əyani sübut edən daha bir mühüm faktdır. Dövlət başçısı İlham Əliyev Bəyanatında Azəbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərindən və Özbəkistanın ərazi bütövlüyümüzün bərpasına dəstəyindən, eyni zamanda, dost ölkənin Prezedentinin  Qələbəmiz münasibətilə təbrikindən bəhs edərək bütün bunların   Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edildiyini bildirdi. Bu kimi məqamlar yüksək dəyərləndirilərək qeyd olundu ki,  Azərbaycan da bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındadır.  Səfər buna daha bir sübutdur.

Dövlət başçısı İlham Əliyevin dost ölkəyə səfəri ilə gələcək fəal  qarşılıqlı fəaliyyətin əsası qoyuldu və belə bir əminlik ifadə edildi ki,  nəzərdə tutulanların  hamısı yerinə yetiriləcək. Səfər çərçivəsində aparılan müzakirələrin, imzalanan sənədlərin fonunda qeyd edə bilərik ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Azərbaycan və özbək xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni etnik kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Məhz bu möhkəm təməl münasibətlərimizin gələcək inkişafına daha inamla baxmağa əsas verir. Bugünədək 135 sənədin imzalanması da əlaqələrimizin yüksələn xətlə inkişafına işıq salır. Hədəf  Azərbaycanı və  Özbəkistanı daha da güclü görməkdir.

DİGƏR Xəbərlər Arxiv