YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Azərbaycanla dost ölkədir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Ölkələrimiz arasındakı dostluq- qardaşlıq münasibətlərinin dərin kökləri ilə yanaşı, zaman - zaman yeniləşən əlaqələri də bu münasibətlərin necə möhkəm tellərlə baglanmasını isbat edir. Azərbaycan Prezidentinin Özbəkistana səfəri bu münasibətlərin daha da dərinləşməsinə rəvac verdi. İki ölkə arasında imzalanan çoxsahəli əlaqələri tənzimləyən müqavilələr, dost ölkələrin diplomatik əlaqələri ilə yanaşı, iqtisadi iş birliklərini də təmin edəcək. Həm Özbəkistan Azərbaycan üçün, həmçinin Azərbaycan Özbəkistan üçün layiqli tərəfdaşdır. Ölkələrin dövlət başçılarının səmimi dostluq münasibətləri də bu əlaqələri daha da dərinləşdirir. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri zamanı Özbəkistan Prezidenti, rəsmi dövlət nümayəndələri ilə yanaşı, özbək xalqı tərəfindən Azərbaycan Prezidentinin necə mehriban və xoş qarşılanması bu münasibətlərin aydın izahıdır. Səfər zəmanı və səfərdən sonra hər iki dövlətdə ictimai rəy, siyasətçilərin, ekspertlərin sərgilədikləri mövqe bu səfərin xalqlarımıza və dövlətlərimizə hansı əhəmiyyətli vədlər verdiyini deməyə əsas verir. Beləliklə ümumən bu qənaətə gəlmək olar ki, Ölkələrimiz arasındakı, qardaşlıq münasibətləri bundan sonra daha da inkişaf etdiriləcək və xalqlarımıza və dövlətlərimizə əhəmiyyətli dərəcədə xeyir verəcək. Səfər zamanı Azərbaycan Prezidenti cənab İlham Əlievin söylədiyi qətiyyətli fikirlər bu qənaətə gəlməyə əsas verir. Prezident İlham Əliyev vurguladı: ”Əminəm ki, nəticələr olacaq. Çünki bu, prezidentlərin nəzarətindədir. Əminəm, müvafiq nazirlər, dövlət strukturlarının rəhbərləri yaxşı başa düşürlər ki, biz prezidentlər qarşıya qoyduğumuz məsələlərin yerinə yetirilməsinə nəzarət edəcək və onlardan cavab istəyəcəyik. Bu məsələlərin icrası isə ona gətirib çıxaracaq ki, ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq. Çünki bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Bunun əsası, əlbəttə ki, liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. Fikrimcə, bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya layihələri, nəqliyyat-logistika istiqamətləri, kənd təsərrüfatında əməkdaşlığın dərinləşməsi ilə bağlı layihələr barəsində əldə etdiyimiz razılaşmalar – bütün bunlar həm əmtəə dövriyyəsinin artırılması, həm də ölkələrimiz və xalqlarımız arasında daha artıq əməkdaşlıq üçün gözəl imkanlar yaradacaq.” Prezident İlham Əliyevin yüksək dövlət nümayəndələri qarşısında qoyulan öhdəlikləri vurgulaması baglanan müqavilələrin icrasına xüsusi nəzarətin olacagını da təsdiqlədi. Həmçinin öz növbəsində Özbəkistan Prezidentinin məntiqli və qətiyyətli yanaşması baglanan müqavilələrin sürətlə və dəqiq icra olunacagına dəlalət edir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev igeniş şəkildə çıxıx edərək vurgulayıb: ”Bu gün mühüm siyasi sənəd – Strateji tərəfdaşlığın genişləndirilməsi və hərtərəfli əməkdaşlığın artırılması haqqında Bəyannamə qəbul olunacaq. Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrimiz mövcuddur. Biz ticarətdə, sənayedə, kooperasiyada dinamik artım müşahidə edirik. Biz yalnız bu gün bu barədə tənqidi, ciddi danışdıq, qeyd etdik ki, əslində, əmtəə dövriyyəsi 6 dəfə artıb, lakin bu barədə tənqidi fikirləşməyə dəyər və biz bu məsələləri çox ciddi təhlil etdik. Birgə müəssisələrin sayı 4 dəfə artıb. Uğurlu əlamətdar layihələr arasında Hacıqabulda avtomobillərin birgə istehsalının təşkilini və ipəkçilik sahəsində kooperasiyanı qeyd etmək olar. Lakin göstəricilər hələ çox cüzidir və iqtisadiyyatlarımızın bir-birini qarşılıqlı tamamlayan amillərinin mövcud böyük potensialından istifadə etməyin zəruri olduğunu göstərir.” Bu da onu deməyə əsas verir ki, imzalanan müqavilələr qısa zaman kəsiyində icraata keçəcərək Ölkələrimiz üçün əhəmiyyətli töhfələr verəcək.