YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Rumıniya arasında müxtəlif sahələrdə daha böyük investisiyalar və əməkdaşlıq üçün geniş imkanlar var

Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət Rumıniya olub. Avropa İttifaqında Azərbaycanla ilk strateji tərəfdaşlıq quran ölkə də Rumıniyadır. Azərbaycanla energetika sahəsində geniş əməkdaşlıq mövcuddur. Hər iki ölkə təkcə energetika sahəsində deyil, bütün sahələrdə əməkdaşlıq edərək nailiyyətlər əldə edə bilər. Düşünürəm ki, istər energetika, istərsə də digər sahələrdə daha böyük investisiyalar və əməkdaşlıq üçün geniş imkanlar var.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya"nın 6-cı iclasında Komissiyanın Rumıniya tərəfindən həmsədri, bu ölkənin energetika naziri Vircil-Daniel Popesku bildirib.

V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.