YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji sahəsində yeni layihələrə başlayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda bərpaolunan enerji sahəsində yeni layihələrə başlayacaq.

Bu sözləri mayın 23-də Bakıda keçirilən Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 24-cü illik toplantısında AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova deyib.

O bildirib ki, artıq Gəncədə bərk məişət tullantılarının idarə olunması üzrə layihəyə başlanılıb. Bu il günəş və külək enerjisi sahəsində daha iki layihə işə salınacaq. Bank Azərbaycanda “yaşıl iqtisadiyyat”ı dəstəkləməkdə davam edəcək.