YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir

Fidan Hüseynova       

YAP Quba rayon təşkilatının sədri 

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumu da öz nüfuzuna görə beynəlxalq platformalarla eyni sırada dayanır. IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin nümayəndələri dövlətlərin fəaliyyətdə olan rəhbərləri, ictimai-siyasi xadimlər, aparıcı ekspertlər Iştirak ediblər. Öz çıxışında cənab Prezidentimiz qeyd edirdi ki “biz dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”, qlobal təhdidlərin artıq dünyada fundamental dəyişikliklərə səbəb olduğunu diqqətə çatdıraraq, bəşəriyyəti gözləyən təhlükələr barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. IX Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısı IX Qlobal Bakı Forumunda həm qlobal gündəlikdə duran məsələlər, həm də regionda cərəyan edən proseslər barədə özünün obyektiv mülahizələrini bölüşüb, həmçinin regional əməkdaşlıq və təhlükəsizliklə bağlı aktuallıq kəsb edən məsələlərə diqqət ayıraraq, Ermənistanın qeyri-adekvat davranışlarının sülh prosesinə təhdidlər doğurduğunu da bildirib. Cənab Prezident qeyd edirdi ki, ”Ermənistan hökuməti tərəfindən dırnaqarası Dağlıq Qarabağın statusu ilə bağlı fikirlərin səsləndirilməsinin şahidi oluruq. Bu, tamamilə səmərəsizdir və Ermənistanın özü üçün təhlükəlidir. Dağlıq Qarabağ mövcud deyil. Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan parlamentinin qərarı ilə 1991-ci ilin sonlarında ləğv edilib. Bizim ərazimizdə belə bir inzibati struktur yoxdur. Bu səbəbdən, dırnaqarası statusla bağlı istənilən istinad yeni qarşıdurmaya gətirib çıxaracaq.” Əlbəttəki biz regionda sülh və saibitliyin bərqərar olmasını istəyən bir xalqıq, lakın Ermənistan hökumətinin bu cür davranışı sülh prosesinə maneələr yaradır. Ermənistan hökuməti bilməlidirki və tarixi yenidən yazmaq olmaz və bu tarix artıq yazılıb. Biz müharibədə qalib ölkə olaraq ayrılmışıq və öz torpaqlarımızın bütövlüyünü qoruyub saxlayacağıq. Sözsüz ki, Ermənistan Qarabağa qarşı əsassız iddialarından əl çəkməsə, o zaman Azərbaycan da bəzi adekvat addımlar atmaq hüququnu özündə saxlayacaq.